
Divan Araşdırma ve Eğitim Derneği ilə "AzEdu" Təhsil Portalı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandomu imzalanıb.
AzEdu.az xəbər verir ki, görüş "AzEdu" Təhsil Portalının redaksiyasında keçirilib.
Anlaşma Memorandomu Divan Araşdırma ve Eğitim Derneğinin rəhbəri Sinan Çelikkol və "AzEdu" Təhsil Portalının təsisçisi Elşad Eyvazlı tərəfindən imzalanıb.
Qeyd edək ki, anlaşmaya əsasən tərəflər təhsilin bütün pillələri ilə fəal əlaqələr yaratmaq və inkişaf etdirmək niyyətlərini ifadə edərək ən qabaqcıl milli təcrübələri paylaşmaqla, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə ediblər.
Memorandumun məqsədi təhsil sahəsində dünyanın trendlərinə uyğunlaşmaq, qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasının təmin olunmasıdır.