_1662195086_598.jpg)
2024-06-05 10:20:33
BDU beynəlxaq QS reytinqi üzrə ölkə birincisi oldu
BDU beynəlxaq QS reytinqi üzrə ölkə birincisi oldu.
Bu barədə AzEdu.az-a Bakı Dövlət Universitetdən məlumat verilib.
Bildirilib ki, dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan “QS Quacquarelli Symonds” agentliyi “QS World University Rankings 2025” nəticələrini elan edib. Bakı Dövlət Universiteti (BDU) böyük uğura imza atmaqla “QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşıb və ölkədə lider mövqeyinə yüksəlib.
Eyni zamanda tələbə-müəllim nisbəti (faculty-student ratio) indikatoru üzrə dünyada 373-cü mövqeyə, məşğulluq göstəriciləri (employer outcomes) üzrə isə 271-ci mövqeyə yüksəlib. Bununla yanaşı, müxtəlif indikatorlarına görə qiymətləndirmə nəticələrinə əsasən, BDU tələbə-müəllim nisbəti (faculty-student ratio), fakültə üzrə istinad sayı (citation per faculty), beynəlxalq tədqiqat şəbəkəsi (international research network) və məşğulluq göstəriciləri (employer outcomes) üzrə də ölkədə lider mövqedə qərarlaşıb.
Qeyd edək ki, BDU-nun “QS World University Rankings 2025”də cari qiymətləndirmə nəticəsi öncəki il ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Ötən il BDU “QS World University Rankings”də 1001-1200 aralığında yer alırdı. Elan olunan reytinq qiymətləndirilməsinə 106 fərqli ölkədən müəyyən olunan minimal tələbləri qarşılayan 5663 ali təhsil müəssisəsi cəlb olunub, 1503 ali təhsil müəssisəsi isə reytinq siyahısında yer ala bilib.
Bu bölməyə aid digər xəbərlər
MDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib
2024-09-12 08:51:50
BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
2024-09-11 16:35:26
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb
2024-09-11 11:04:32
EY şirkəti UNEC-də tələbələr üçün təlimlər keçib
2024-09-11 10:40:39
LDU yeni tədris ilinə ürəkaçan yeniliklərlə başlayır
2024-09-11 10:22:21
ADNSU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb
2024-09-11 09:10:50
Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi
2024-09-11 09:07:46
ADNSU-da əməkdaşlıq əlaqələri ilə bağlı müzakirə keçirilib
2024-09-10 17:29:08
Kəndlərdə bu fənlər üzrə vakansiyalar BOŞDUR
2024-09-10 13:15:41
İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA
2024-09-10 08:48:06