Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-05 13:04:00
Diplomun əmək bazarında rolu nədir?

Hər il ali məktəbə qəbul olanların sayı durmadan artır. Ancaq bir çox hallarda universitetedən məzun olanlar  ya öz ixtisasları üzrə iş tapmırlar, ya da  birbaşa fərqli sahələrə yönəlirlər.                                                                         

Bəs, görəsən diplom iş həyatında nə qədər rol oynayır?

 

Mövzu ilə əlaqədar sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyeva AzEdu.az-a açıqlama verib.

 

Ekspert qeyd ki, Azərbaycanda diplom protokol mahiyyəti daşıyır:

 

“Azərbaycanda diplom bürokratik əngəl olaraq protokol mahiyyəti daşıyır. Artıq insanların ali təhsillə yanaşı bacarıqlarına da diqqət yetirilməlidir. Hazırda ölkəmizdə ali təhsili olmasına baxmayaraq, bilik və bacarıqları çox aşağı səviyyədə olan insanlarla qarşılaşırıq. Düşünürəm ki, bəzi sahələrdə ali diplomun mütləq önəmi var, ancaq bilik və bacarıq olmadan diplom öz mahiyyətini itirir. Bunlar bir-biri ilə düz mütənasib olub, sinxron irəliləyirlər. Ona görə də birmənalı olaraq diplom işin mahiyyətini həll etmir.

 

Artıq elə sahələr var ki, onlara diplomlu olmaq lazım deyil. Məsələn, elə kompüter texnologiyaları bu qəbildəndir. Sadəcə sertifikatla iş tapmaq mümkündür. Elə bir dünyada yaşayırıq ki, bütün proseslər tələb və təklif üzərində qurulub. Amma Azərbaycanda, əsasən də dövlət qurumlarında bürokratik əngəllər və bürokratik protokol keçərlidir. Buna görə də insanların bilik bacarıqlarından daha çox əlindəki diploma fikir verməktədirlər”