
AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az təhsil portalının Regional koordinatoru Leyla Camalzadə, Tərbiyə işləri üzrə prorektor, dosent Aidə Qasımova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Leyla Camalzadə çıxış edərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib, uğur qazanmağın sirlərindən geniş söhbət açıblar.
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Günay Əliyeva - EU Beynəlxalq ikili diplom proqramı Aqronomluq ixtisasının III kurs tələbəsi;
Aytən Hüseynova - EU Beynəlxalq ikili diplom proqramı Bitki mühafizəsi ixtisasının I kurs tələbəsi;
Cavid Hüseynov - EU Beynəlxalq ikili diplom proqramı Aqronomluq ixtisasının III kurs tələbəsi;
Vüqar Qurbanov - EU Beynəlxalq ikili diplom proqramı Aqronomluq ixtisasının III kurs tələbəsi;
Samir Quliyev - Zoomühəndislik fakültəsi, zoomühəndislik ixtisası, II kurs tələbəsi;
Mir həsən Həsənov - Zoomühəndislik fakültəsi, zoomühəndislik ixtisası, II kurs tələbəsi;
Mübariz Əsgərov - Aqronomluq fakültəsi, Aqronom EGE [ikili diplom], II kurs tələbəsi;
Aşurova Nərgiz - Zoomühəndislik fakültəsi, zoomühəndislik ixtisası, II kurs tələbəsi;
Əliyeva Xədicə - Mühəndislik fakültəsi, Meliorasiya ixtisası,I kurs tələbəsi;
Nadirova Nuranə - Mühəndislik fakültəsi, İT ixtisası, I kurs tələbəsi.