Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-06 15:27:15
BMU tələbələri SOCAR Karbamid zavodunda olublar  

Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan II və III kurs tələbələri SOCAR Karbamid zavodunda sahə gəzintisində olublar.

 

AzEdu.az xəbər verir ki, universitetin Müəssisələrlə əlaqələr və karyera departamenti və BMU-nun Kimya Mühəndisləri Cəmiyyətinin (Society of Chemical Engineers-SChE) birgə təşkil etdiyi sahə gəzintisindən öncə zavodun İstehsalat şöbəsinin əməkdaşı Şöhrət Mirzəyevin iştirakı ilə seminar keçirilib.

 

Sonra seminar SOCAR Karbamid zavodunda davam edib, iştirakçılara SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) təlimi təşkil olunub.   

 

Sahə gəzintisi zamanı karbamid istehsalı prosesi barədə tələbələrə ümumi məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.