_522.jpeg)
AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan Universitetinin (AU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Elmi işlər üzrə prorektor Yusif Qasımov, rektorun müşaviri Nüşabə Quliyeva, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi Elşad Eyvazlının nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. O, qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.
Daha sonra Yusif Qasımov və Nüşabə Quliyeva tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
Azərbaycan Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Rəsul Dadaşov - Humanitar fənlər fakültəsinin III kurs tələbəsi;
Emil Muradlı - Humanitar fənlər fakültəsinin III kurs tələbəsi;
Şirxan Aslanov - Humanitar fənlər fakültəsinin III kurs tələbəsi;
Marina Nasibova - Biznes və iqtisadiyat fakültəsinin IV kurs tələbəsi;
Vaqif Qocayev - Biznes və iqtisadiyat fakültəsinin II kurs tələbəsi;
Aida Aslanova - Biznes və iqtisadiyat fakültəsinin IV kurs tələbəsi;
Sənan İsmayılov - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin III kurs tələbəsi;
Ülvi Sadıqzadə - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin II kurs tələbəsi;
Abdulvahab Poladzadə - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin II kurs tələbəsi;
Hacı Soduyev - Magistratura fakültəsinin I kurs tələbəsi.