Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-10 08:31:24
17 yaşlı motosikletçi yol qəzasında xəsarət alıb

Abşeron rayonunun Hökməli qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Şəfiyev Anar Akif oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

 

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.