Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-10 13:52:42
BMU-nun tələbələri istehsal prosesi ilə tanış olublar

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin  “Mexatronika və robototexnika” ixtisasının I kurs tələbələri “Veliyev” MMC-nin istehsal müəssisələrində olublar.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, Fakültə dekanı Hüseyn Mirzəyev, Mexanika laboratoriyasının müdiri Rüstəm Kələntərovun rəhbərliyi ilə baş tutan səfər zamanı tələbələr avtomatlaşdırılmış, eləcə də yarımavtomatlaşdırılmış istehsal prosesini izləyiblər.  Eyni zamanda onlara gələcək potensial iş yerləri təqdim edilib.

 

Müəssisənin direktor müavini Əjdər Vəliyev tələbələri müxtəlif dəzgahların ətrafında real iş prosesi, texnoloji əməliyyatlar ilə tanış edib, onları maraqlandıran suallara BMU müəllimləri ilə birgə aydınlıq gətirilib.  

 

Bununla yanaşı, tələbələrin müəssisədə yay təcrübəsinin təşkili və digər məsələlər  nəzərdən keçirilib.