Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-10 16:25:03
Şagirdlərin BMU-ya ekskursiyası təşkil edilib

Zirvə Liseyinin bir qrup şagirdi Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

 

AzEdu.az xəbər verir ki, şagirdlərə universitetin zəngin maddi-texniki bazası, tədris olunan, eyni zamanda bu il açılan yeni ixtisasları barədə zəruri informasiyalar tədqim edilib.

 

Sonra məktəblilər BMU-nun laboratoriyalarını gəziblər. Onlar Biologiya laboratoriyasında mikroskopda hüceyrənin əsas bölünmə üsulları: “mitoz” və “meyoz” u əks etdirən slaydları əyani şəkildə izləyiblər. Universitetin Kimya-biologiya kafedrasının müəllimi Afaq Rzayeva  şagirdlərə laboratoriyanın iş prinsipi haqqında məlumat verib.

 

Ekskursiya şagirdləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.