Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-11 17:52:40
UNEC-də şagirdlərlə görüş keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Bakı şəhəri Nəsimi rayonu 1 və 8 nömrəli tam orta məktəblərin və 16 nömrəli Texniki-humanitar liseyin yuxarı sinif şagirdləri ilə görüşüblər.

 

AzEdu.az xəbər verir ki, görüşdə tələbələrə Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. 

 

Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.

 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.