Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-13 16:23:27
2023-2024-cü tədris ili ərzində BŞTİ-yə 121 139 müraciət daxil olub

2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 121 139 müraciət daxil olub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

 


Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 74 303 zəng daxil olub.

 


BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 2 225 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.

 


Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 20 766 müraciət daxil olub.

 


23 845 sənəd (vətəndaşlar tərəfindən 6 060 ərizə, 5 277 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 2 902, digər qurumlardan 2 136, tabelikdə olan təhsil müəssisələrindən 4 800 məktub və 2 670 kadr ərizəsi) qəbul olunub.