Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-14 13:16:33
Bu universitetdə yeni ixtisas və ixtisaslaşmalar açılacaq

2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriatura və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.

 

BDU-dan AzEdu.az-a bildirilib ki, yeni tədris ilindən etibarən BDU-da bakalavriatura səviyyəsində “Ekologiya mühəndisliyi” ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.

Magistratura səviyyəsində isə 7 yeni ixtisaslaşma açılacaq. Bunlar “Korreksiyaedici təlimin metodika və metodologiyası”, "Ölkəşünaslıq (Qazaxıstan üzrə)", "Ölkəşünaslıq (Özbəkistan üzrə)", "Ərzaq məhsullarının ekspertizası və marketinqi", "Şəhər kadastrı", "Akvabitkilər", "Mədəniyyət hüququ" ixtisaslaşmalarıdır.