Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-17 13:01:47
İlon Mask: Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək

Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək, ünsiyyət qurmaq üçün onlara beyin implantları lazım olacaq.

 

AzEdu.az Report-a xəbər verir ki, bu barədə amerikalı iş adamı, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

 

“Yeni “X” telefonunuzu ağlınızla idarə etməyə imkan verən “Neuralink” interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?”, - o sosial şəbəkə istifadəçilərinə sual ünvanlayıb.

 

İ.Mask əlavə edib ki, gələcəkdə mobil qurğulara ümumiyyətlə ehtiyac qalmayacaq: “Gələcəkdə telefonlar olmayacaq, yalnız “Neuralink” olacaq”