Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-21 10:30:34
Qəbələyə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarıldı

Hacıqabuldan evlənmək məqsədilə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarılıb.

 

AzEdu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Hacıqabul RPŞ-nin keçirdiyi tədbirlərlə Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü qızın evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

 

Bildirilib ki, polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib. Hazırda Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, dünən 15 yaşlı qızın Qəbələyə qaçırılması barədə məlumatlar yayılmışdı. Qanunvericiliyə əsasən, bir şəxsin iradəsinə zidd olaraq bir yerdən-başqa yerə aparılması, eləcə də yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması cinayət əməli sayılır.