Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-21 10:52:30
Qarabağ Universitetinə daha bir VAKANSİYA

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunur.

 

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.


Agentlikdən bildirilib ki, Qarabağ Universitetində pianino, skripka, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; musiqişünaslıq, xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.


Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, vakansiya üzrə son müraciət tarixi 07 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://shorturl.at/sB6Xc