Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-21 14:13:11
Agentlik: İbtidai sinif müəllimlərinin 86 faizi sertifikatlaşdırma prosesindən uğurla keçib

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi, ibtidai sinif müəllimlərinin isə 86 faizi sertifikatlaşdırma prosesindən uğurla keçib.

 

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, yeni tədris ilindən müəllimlərin əməkhaqqı sertifikatlaşdırmanın nəticələrinə uyğun olaraq müvafiq artımla hesablanacaq.