Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-22 12:31:35
21 faiz müəllim 51-60 bal toplayıb 

Dünənki imtahanda 8 mindən çox müəllim iştirak etmişdi. Amma kəsilənlərin sayı çox azdır. 

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov müəllimlərin sertifikasiya imtahanı haqqında jurnalistlərə açıqlamasında deyib. 

 

O, qeyd edib ki, bu kifayət qədər yaxşı göstəricidir: 

 

"Bu günə qədər 40 min 600 müəllim sertifikatlaşmada iştirak edib. Onların 88 faizi uğur qazanıb. 21 faizdən çoxu isə 51-60 bal arası nəticə göstərib.  

 

Hesab edirik ki, bundan sonra da müəllimlərin təkmilləşdirilməsi prosesi daha yaxşı olacaq, nəticələri yüksələcək".