Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-05 11:26:00
Siyasi Psixologiya Mərkəzi 5 tələbəni Strasburqa aparacaq

Siyasi Psixologiya Mərkəzi 5 tələbəni Strasburqa aparacaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Modern.az saytına geniş müsahibə verib.

AzEdu.az  xəbər verir ki, müsahibədə Səməd Seyidovun əsasını qoyduğu Siyasi Psixologiya Mərkəzinin yaxın aylar ərzində  azərbaycanlı tələbələri Strasburqa təcrübə keçməyə aparacağı da vurğulanıb:

“Biz  Siyasi Psixologiya Mərkəzini yaratdıq. Mən fürsətdən istifadə edərək Azərbaycan Gənclər Fonduna minnətdarlığımı bildirirəm. Azərbaycan Gənclər Fondu bizlə xüsusi bir əməkdaşlıq memorandumu imzalayıb. Bu memorandum əsasında həm bizim məktəbə dəstək verirlər, həm də ən fəal tələbələrin Avropaya səfəri təşkil olunur. Mən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriyəm. Biz həmin tələbələri Strasburqa aparırıq. Onların bir qismini sessiyalarda, komitə iclaslarında iştirak etmək, siyasəti içəridən öyrənmək üçün Strasburqa aparmışıq. Bu yanvar sessiyasında da biz 5 tələbəni aparacağıq. Onlardan üç nəfəri AŞPA-da təcrübə əldə edəcək, ikisi isə Avropa İnsan Haqları Məhkəməsində də staj keçəcək.