
2024-06-23 10:04:48
Aqrar sığorta fəaliyyəti üzrə test imtahanı keçirilir
İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçirilir. İmtahan DİM-in elektron imtahanlar korpusunda (Ünvan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 108) təşkil edilir.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan vermək üçün 48 nəfər qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanacaq. Namizədlər imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
Bu bölməyə aid digər xəbərlər
Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
2024-08-29 16:11:00
Dövlət qulluqçularının etik davranış qaydaları barədə hesabat hazırlanıb
2024-08-29 16:05:41
Kolleclərə ixtisas seçimi başlayıb
2024-08-28 11:14:09
DİM-dən abituriyentlərə şad xəbər: həmin sual hamının xeyrinə hesablanacaq!
2024-07-23 10:49:00
TOEFL iBT imtahanı keçirilib
2024-07-21 11:55:02
Qəbul imtahanının çətinliyi barədə DİM-dən açıqlama
2024-07-15 10:02:00
İmtahan verəcək şəxslərin nəzərinə: Mütləq bu sənədləri götürün
2024-07-13 16:47:16
Abituriyentlərin nəzərinə: buraxılış vərəqəsini çap edin
2024-07-12 15:56:59
General Test imtahanı keçirilib
2024-07-12 14:50:32
Qabiliyyət imtahanları davam edir...
2024-07-10 14:57:54