Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-24 12:29:20
AzTU tələbələri Dünya Robot Çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ölkəmizdə ilk dəfə olaraq keçirilən Dünya Robot Çempionatının seçmə mərhələsində iştirak edib.

 

AzEdu.az xəbər verir ki, 250-dən çox yeniyetmə və gəncin qatıldığı yarışmada AzTU-nu “Blue Horizon” komandası təmsil edib. Aviamodelizm kateqoriyası üzrə çıxış edən tələbələrimiz 8 komanda arasında 3-cü yerə layiq görülərək finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, “Blue Horizon” komandasının üzvləri: 2-ci kurs tələbələri Tahirə Rəşid, Valeh Gülmətov və Talib Əbilov bu ilin avqust ayında Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçiriləcək Dünya Robot Çempionatının finalında Azərbaycanı təmsil edəcəklər.