Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-05 13:10:00
AzMİU-da “British Council” təşkilatının ingilis dili klubunun yaradılması planlaşdırılır

“British Council Azərbaycan”ın direktoru, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri Summer Xia Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb.

AzMİU-dan AzEdu.az-a bildirilib ki, görüşdə “British Council Azərbaycan”ın nümayəndələri - təhsil və ingilisi dili üzrə şöbə müdiri Nərgiz Hüseynova, imtahan mərkəzinin müdir müavini Nərgiz Əkbərova da iştirak ediblər.

Qonaq “British Council” tərəfindən təşkil olunan “Creative Spark” layihəsini AzMİU-nun London South Bank Universiteti və Lester Universiteti ilə birgə qazanmasını böyük uğur kimi qiymətləndirib. O, AzMİU rəhbərliyini 2019-cu ilin mayında keçiriləcək “Going Global 2019” konfransına dəvət edib.

Görüş zamanı bir sıra aktual məsələlər müzakirə olunub, müəllim və tələbələr üçün ingilis dili təlimlərinin təşkil edilməsi, AzMİU-da “British Council” təşkilatının ingilis dili klubunun yaradılması, ingilis dili tədris edən müəllimlərin ingilis dili biliklərinin səviyyəsinin yoxlanılması planlaşdırılıb.