
Dünyanın ən yaxşı universitetləri siyahısında Massaçusets Texnologiya İnstitutu (MIT) yenə birinciliyini itirməyib.
AzEdu.az xəbər verir ki, "QS 2025 World University Rankings" açıqlanıb.
Məlumata görə, ABŞ-ın aparıcı universitetlərindən olan MIT 13-cü dəfə siyahının başında adını yazdırıb. MIT-i London İmperial Kolleci və Oksford Universiteti izləyir.
Harvard Universiteti bu il 96,8 balla 4-cü yerdə qərarlaşıb. Sonrakı yerdə 96,7 balla Kembric Universiteti gəlir.
Bu il Türkiyənin 5 universiteti ilk 500 universitet siyahısına daxil olub. ODTÜ 285-ci, İstanbul Texniki Universiteti 326-cı, Koç Universiteti 401-ci, Boğaziçi Universiteti 418-ci, Bilkent Universiteti 477-ci pillədə qərarlaşıb.
Reytinqdə istifadə olunan meyarlar aşağıdakılardır:
- Akademik reputasiya və işəgötürən reputasiyası
- Fakültə-tələbə nisbəti
- Bir müəllimə düşən istinad sayı
- Beynəlxalq fakültə nisbəti
- Beynəlxalq tələbə nisbəti
- Beynəlxalq tədqiqat şəbəkəsi
- Məşğulluq nəticələri
- Davamlılıq/Dayanıqlılıq