Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-01 10:02:43
Sumqayıtda yeniyetmələr arasında dava düşüb,

Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə "Ceyranabatan bağları" adlanan ərazidə qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Qasımov Elgün Vüsal oğlu, münaqişə zəminində, eyni təvəllüdlü İsmayılov Əli Faiq oğluna və 2007-ci il təvəllüdlü Manıyev Rasif Sabit oğluna bıçaqla xəsarətlər yetirib.

 

Fakt araşdırılır.