
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər silsiləsini davam etdirir. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, İnstitutda müxtəlif sosialyönümlü, maarifləndirici tədbirlərlə yanaşı, əyləncəli proqramların da təşkilinə başlanılıb. Bu məqsədlə, həftənin şənbə günləri saat 14:00-da Aİİ-nin konfrans zalında film nümayişlərinin təşkili nəzərdə tutulub. İlkin olaraq “Yaşamaq gözəldir” adlı film göstərilib, fasilədə kofe-breyk təşkil edilib, filmin nümayişindən sonra isə mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.