Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-01 13:57:29
Magistraturaya ixtisas seçimi YEKUNLAŞDI

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün ixtisaslaşma seçimi başa çatıb.



AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bakalavr ərizələrinin təsdiqi 1 iyul saat 12:00-da yekunlaşıb.



İxtisaslaşma seçimi iyunun 21-dən 30-dək aparılıb.



Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, təsdiq edilmiş ərizələrin sayı aşağıdakı kimidir:



Azərbaycan bölməsi - 14381; rus bölməsi - 1279; cəmi – 15660



Xatırladaq ki, ixtisaslaşma seçimi üçün magistraturaya 11 fevral və 28 aprel 2024-cü il tarixlərində iki dəfə qəbul imtahanı keçirlmişdi.