
2024-07-02 17:45:00
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin kollektivi ilə görüş keçirilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin kollektivi ilə görüş keçirilib.
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 2-də Agentliyin direktor müavini Orxan Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin kollektivi ilə görüş keçirib.
Görüşdə Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsini müvəqqəti icra edən Xəqani Qurbanov, İdarənin əməkdaşları, eyni zamanda yerli təhsil sektorlarının müdirləri iştirak edib.
Görüşdə yerli bölmələr tərəfindən təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, direktor və direktor müavinlərinin işə qəbulu prosesinin mövcud qaydalara uyğun təşkili, kadrların təyinatı və yerləşdirilməsi, eyni zamanda qayda və təlimatların icra vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilən yoxlamaların nəticələri ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, eyni zamanda yoxlama nəticələrinə uyğun olaraq İdarənin rəhbərliyinə və yerli sektorlara nəzarət tədbirlərinin gücləndirilməyi istiqamətində müvafiq tapşırıqlar verilib.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40