
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə “QS Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin əməkdaşları arasında onlayn görüş keçirilib.
Bu barədə AzMİU-dan AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, görüşdə Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə və Elmi-tədqiqat şöbəsinin əməkdaşları iştirak edib. Görüş beynəlxalq reytinqlərdə irəliləməyi hər zaman hədəf kimi müəyyənləşdirən AzMİU-nun qlobal rəqabət qabiliyyətini artırmaq istiqamətində görüləcək işləri müzakirə etmək məqsədi ilə təşkil olunub. Eyni zamanda Elmi-tədqiqat şöbəsinin “QS” prinsipləri müzakirə olunub, güclü və zəif tərəfləri haqda danışılıb, qurumun nümayəndələri tərəfindən əməkdaşlara dəyərli məsləhətlər verilib.
Söhbət zamanı “QS” əməkdaşları reytinqlərdə AzMİU-nun irəliləməsi və mövcud pozisiyasının qorunması üçün lazım olan məqamları nəzərdən keçirib.