Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-05 13:08:19
UNEC-dən filial və kolleclərlə birlikdə 7000-ə yaxın tələbə məzun olur

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 2023/2024-cü tədris ilində filial və kolleclər də daxil olmaqla, 7000-ə yaxın tələbə məzun olur.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, məzun olan bakalavr və magistrlərin sayı 5264 nəfərdir. Zaqatala filialından 186, Maliyyə-İqtisad Kolleci, Sosial-İqtisadi Kollec və Qida Sənayesi Kollecindən ümumilikdə 1500-dən çox tələbənin məzun olması proqnozlaşdırılır.

 

Bu il UNEC-in universitetdaxili ikili diplom proqramından 6 tələbə, Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramından isə 10 tələbə məzun olub.