Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-09 12:18:42
600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib

Son iki ildə mərkəzləşdirilmiş imtahan nəticəsində uşaq bağçalarına 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib.

 

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, ötən ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə iki dəfə imtahan keçirilib:


"Bu il məktəbəqədər təsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib. Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib.


Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlarıdan 296 nəfəri məhz Agentliyin fəaliyyəti dövründə işə qəbul edilib".