Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-10 13:00:33
Milli Aviasiya Akademiyasında “Məzun günü” tədbiri keçirilib  

İyulun 9-da Milli Aviasiya Akademiyasında “Məzun günü” tədbiri keçirilib.
 

AzEdu.az xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, AMEA-nın müxbir üzvü Misir Mərdanov, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov, akademik Nizami Cəfərov və digər qonaqlar iştirak ediblər. 
 

Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov tədbiri giriş nitqi ilə açıb və akademiyanın rektoru Arif Paşayevin adından məzunları təbrik edib.
 

Təhsil aldıqları dövrdə fakültə üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəriciləri olan məzunlara təşəkkürnamə və sertifikat təqdim olunub.
 

Qeyd edək ki, 2023–2024-cü tədris ilində Milli Aviasiya Akademiyasını 427 tələbə bitirib.