Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 13:40:00
Qəbul ballarının hesablama qaydası sadə dildə - Düsturların İZAHI

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Abituriyentlərin və müəllimlərin uzun zamandır gözlədiyi balların hesablanma qaydası da DİM tərəfindən elan olunub. Lakin düsturlar riyazi dildə açıqlandığından əksər abituriyent  qaydaların onlara qaranlıq qalmasından narazıdır.

AzEdu.az balların hesablanma qaydasını izahlı formada təqdim edir:

Təhsil eksperti Kamran Əsədov göstərilən düsturların sadə dildə izahını verməyə çalışıb:

150 balla qiymətləndirilən fənlərdə 1 – 1.5 - 2 bal çəki əmsalını nəzərə aldıqda həmin fənnin hər bir sualının qiymətləndirilməsi aşağıdakı kimi olacağını düşünürəm:

22 ənənəvi qapalı testin hər biri – 4.5 bal (22x4.5=99)

4 ənənəvi rəqəmsal (seçim, hesablama, rəqəmsal və s.) – 4.5 bal (4x4.5=18)

1 ənənəvi uyğunluq testi – 6 bal (1x6=6)

3 situasiya (mətn,mənbə) əsasında yazıla bilən test tapşırıqlarının hər biri – 9 bal (3x9=27)

4 test bir doğru cavabı aparır və ya 1 qapalı test doğru cavabın 4/1-ini ləğv edir. Açıq testlərdə edilən səhvlər doğru cavablara təsir göstərmir. 100 balla qiymətləndirilən fənlərdə 1 – 1.5 - 2 bal çəki əmsalını nəzərə aldıqda həmin fənnin hər bir sualının qiymətləndirilməsi aşağıdakı kimi olacağını düşünürəm:

22 ənənəvi qapalı testin hər biri – 3 bal (22x3=66)

4 ənənəvi rəqəmsal (seçim, hesablama, rəqəmsal və s) – 3 bal (4x3=12)

1 ənənəvi uyğunluq testi – 4 bal (1x4=4)

3 situasiya (mətn,mənbə) əsasında yazıla bilən test tapşırıqlarının hər biri – 6 bal (3x6=18) 4 test bir doğru cavabı aparır və ya 1 qapalı test doğru cavabın 4/1-ini ləğv edir.

Açıq testlərdə edilən səhvlər doğru cavablara təsir göstərmir.

Xatırladaq ki, DİM-in təqdim etdiyi qaydalarla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

https://old.azedu.az/uploads/media/balın_hesablanma_qaydası.pdf  

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları