Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-11 14:10:08
Azərbaycanlı tələbələr virtual mübadilə proqramına seçilib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 7 tələbəsi İspaniyanın Leon Universitetində təşkil olunan virtual mübadilə proqramına seçilib. Onlar informasiya təhlükəsizliyi ixtisasının tələbələri Anar Bastanov, Nigar Abaslı, proseslərin avtomatlaşdırılması ixtisasının tələbələri Əvəz Əsgərov, Turqay Qənbərov, Fateh Məmmədli, Fidan Kərimli, eləcə də kimya mühəndisliyi ixtisasınının tələbəsi Fatimə Nəsirovadır.

 

BANM-dən AzEdu.az-a bildirilib ki, proqramı uğurla başa vuran tələbələrə sonda Leon Universiteti tərəfindən diplomlar təqdim olunub.

 

Proqram ilk dəfə Azərbaycanın ali təhsil müəssisələrindən məhz BANM-də tətbiq olunub. Təşəbbüs isə İngilis dili və humanitar fənlər mərkəzinin baş müəllimi Nurlana İmanovadan gəlib.