Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-15 16:53:36
Qırğız-Türk Manas Universiteti təqaüd proqramı elan edir
Qırğız-Türk Manas Universiteti təqaüd proqramı elan edir.
 
Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Agentlikdən bildirilib ki, Qırğız-Türk Manas Universiteti 2024-2025-ci tədris ilində bakalavriat səviyyəsində təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edir.
 
Qeyd edək ki, təqaüd proqramına müraciət üçün son tarix 17 iyul 2024-cü ildir.
 
Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz. https://t.ly/0cxW1