Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-16 12:54:03
UNEC ilə Rumıniyanın Braşov Transilvaniya Universiteti əməkdaşlıq edəcək  

Rumıniyanın Braşov Transilvaniya Universitetinin rektoru professor İoan Abrudan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, rektor professor Ədalət Muradovla görüşdə iki universitet arasında əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

 

Müzakirələrin sonunda doktorantura üzrə birgə fəaliyyətin təşkili, tədqiqatçıların və müəllimlərin mübadiləsinə dair razılıq əldə edilib.