Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-17 08:46:27
Faciəvi şəkildə ölən 17 yaşlı Səidin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında 17 yaşlı Səid Səbuhi oğlu Məmmədəliyev Kür çayında batıb.

 

AzEdu.az-ın məlumatına görə, Kürdə batan yeniyetmənin fotosu yayılıb.

 

Yeniyetmənin babası İbrahimxəlil Cəfərov bildirib ki, Səid evdən çıxarkən çayxanaya gedəcəyini bildirib.

 

"Bizə dedi ki, 10-15 dəqiqə çay içib gələcəyəm. Az sonra atası zəng etdi ki, nəvən Kürdə boğulub", - o, "Baku TV" yə açıqlamasında deyib.

 

Yaxınlarının sözlərinə görə, Səid Kürə nadir hallarda gedərmiş.