Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-19 13:18:40
UNEC bu ixtisaslar üzrə müəllimlər üçün müsabiqə elan edir  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 2024/2025-ci tədris ili üçün texniki və texnoloji ixtisaslar üzrə tədris prosesində iştirak etmək istəyən müəllimlər üçün müsabiqə elan olunur.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, seçim zamanı informasiya texnologiyaları, dizayn, qida mühəndisliyi, texnoloji maşın və avadanlıq ixtisasları üzrə təcrübəli, yüksək pedaqoji keyfiyyətləri, UNEC laboratoriyalarında işləyə bilmək və digər zəruri bacarıqları olan namizədlərə üstünlük veriləcək. Müsabiqədə iştirak edən namizədlər İqtisadi və texnoloji elmlər kafedrasında tədris prosesinə tam ştat və 0,5 ştat əvəzçiliklə olmaqla, həmçinin saathesabı qaydada cəlb oluna bilərlər.

 

Tədris Azərbaycan, ingilis və rus dillərində təşkil olunur. Fənlərin siyahısı ilə linkdə tanış olmaq mümkündür.

 

Sənədlərin qəbulu avqustun 15-dək davam edəcək.