Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-20 09:22:00
Bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq həyatını itirib.

 

AzEdu.az xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Bağırov Mehdi Maşallah oğlu evdə valideynlərinin nəzarətindən yayınaraq pilləkəndən yıxılıb.

 

İlkin məlumata görə, ağır kəllə-beyin travması alan uşaq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.