Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 13:46:00
Tələbələrə adlı təqaüd təqdim edilib  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, idmana daim böyük önəm verdiyini bildirib, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Möhbalıyev diqqətə çatdırıb ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir.

S.Möhbalıyev adlı təqaüdə layiq görülən tələbələri təbrik edib.

Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 61 ali məktəb tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim olunub.