Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-24 11:26:48
Məktəblilər AzTU-ya ekskursiya ediblər

Azərbaycan Texniki Universitetində (AzTU) məktəblilərin “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə X və XI sinif şagirdləri, həmçinin onların müəllimləri iştirak ediblər.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, görüşdə AzTU-da həyata keçirilən yeniliklər barədə abituriyentlərə məlumat verilib. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar abituriyentlərin diqqətinə çatdırılıb.

 

Daha sonra məktəblilər AzTU-nun kampusu ilə tanış olublar.