
2024-07-26 10:04:42
Müəllimlərə şad xəbər: MİQ-də səhv sual xeyrinizə HESABLANDI
2-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərildi.
Bu barədə AzEdu.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.
Qeyd edək ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb.
Nəticədə ibtidai sinif və biologiya fənləri üzrə iştirakçılara təqdim edilmiş test tapşırıqlarının birinin cavab variantları arasında doğru cavabın verilmədiyi aşkarlanıb. Doğru cavab təqdim olunmuş seçimlər arasında olmadığı üçün qeyd edilmiş tapşırıq üzrə nəticələr yenidən hesablanıb.
Qeyd edək ki, sualların bütün namizədlərə düzgün olaraq hesablanması ilə sistemdə olan doğru variantı seçən şəxslərin nəticələri sabit qalıb. Test tapşırıqlarını səhv və ya cavablandırmayan şəxslərin imtahan nəticələri isə xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb.
Bu bölməyə aid digər xəbərlər
21 yaşlı tələbə qəfil öldü
2024-09-12 09:04:33
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb
2024-09-11 17:21:00
Azərbaycan gəncləri WorldSkills yarışlarında iştirak edirlər
2024-09-11 11:52:54
Bu universitetin əməkdaşlarının maaşları 30% ARTIRILACAQ
2024-09-10 17:40:00
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
2024-09-09 18:02:33
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
2024-09-09 10:01:17
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
2024-09-09 08:51:18
14 yaşlı qızı avtomobil vurub
2024-09-08 09:24:14
13 yaşlı sərnişin yol qəzasında ölüb
2024-09-07 16:03:47
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
2024-09-06 14:59:47