Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-29 10:10:46
MİQ-də şəhid ailəsi üzvləri üçün vakansiya seçimi BAŞA ÇATIB

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsi başa çatıb.



AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, şaid ailəsinin üzvü olan namizədlər 26 iyul saat 11:00-dan 28 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla seçim edə biliblər.



Qeyd edək ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.



Namizədlər 8 vakant yer seçə bilərlər.



Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri ardıcıllığa əsasən aparılır.



Bu həftə digər namizədlər üçün də vakansiya seçiminin elan olunacağı gözlənilir.