Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-29 16:02:49
Kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

İmtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya: PreA1 Starters, A1 Movers və A2 Flyers üzrə keçiriləcək.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, imtahan 28 sentyabr 2024-cü il tarixində təşkil olunacaq. Son qeydiyyat tarixi 14 avqust 2024-cü ildir.

 

Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

 

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında LinguaSkill imtahanlarını təşkil edir.

 

İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

 

Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.