Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-29 17:08:25
Sağlamlıq imkanı məhdud uşaqlar məktəbə necə qəbul olunur?
Sağlamlıq imkanı məhdud uşaqların məktəbə qəbulu üçün valideyn yaşayış ərazisinə uyğun olaraq yerli təhsili idarəetmə orqanına müraciət etməlidir.
 
 
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
 
Agentlikdən bildirilib ki, Azərbaycan Respublikası mövcud qanunvericiliyinə əsasən uşaqlarda sağlamlıq imkanlarının məhdudluğunun müəyyənləşdirilməsi və onların xüsusi təhsilə cəlb olunması rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.