Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-30 13:44:00
Məktəbin yaxınlığında 18 yaşlı gənci "tok" vuraraq öldürüb

29.07.2024-cü il tarixində saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub.

 

Məktəbdən AzEdu.az-a bildirilib ki, ümumtəhsil müəssisəsinin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib.

 

Bildirilib ki, həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır.

 

10:05

 

Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

 

AzEdu.az "Report"a istinadən məlumat verir ki, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb.

 
 

Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.