Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-30 17:11:00
UNEC-in tələbəsi 90 ölkə arasında ölkəmizi təmsil EDƏCƏK

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin tələbəsi Amin Zərbaliyev beynəlxalq təcrübə proqramına qəbul olunub. 

 

AzEdu.az xəbər verir ki, Amin Zərbaliyev Türkiyədə 90 ölkə arasından arasında Azərbaycanı təmsil edəcək. O, bu gün Türkiyəyə yollanır.

 

Təcrübə proqramı gənclər arasında milli mədəniyyəti bölüşmək və paylaşmaqla şəxsi inkişaf, eləcə də özünü kəşfetmə imkanları yaradır. Eyni zamanda millətlərarası tolerantlıq, təlimçilik bacarıqları və digər mövzuları əhatə edir.

 

Amin Azərbaycanın simvollarını Bayrağını, milli geyimlərini, Xarı bülbül ilə bəzənmiş əşyaları onlara təqdim edəcək və onların mədəniyyəti ilə tanış olacaq.

 

Layihə 42 gün davam edəcək və gənclərə xüsusi müəllimlər təlimlər və dərslər keçəcək.

 

Uğurlar bitirən gənclərə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən diplom təqdim ediləcək.

 

Amin İqtisadiyyat ixtisası üzrə UNEC-in II kurs tələbəsidir. O, Respublika Fənn Olimpiadalarının Azərbaycan üzrə ikincisi gümüş medalçısı, Respublika Fənn Müsabiqəsinin qalibi olmuşdur. ASAN xidmət, Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və digər dövlət orqanlarında təcrübə keçib.

 

Amin Zərbaliyevlə fəxr edirik!