
100 il əvvəl Azərbaycanın paytaxtı Bakıda Azərbaycan təhsil işçilərinin qurultayı keçirilib.
AzEdu.az xəbər verir ki, tarixi faktı "Kommersant" xatırladıb.
Xalq maarif komissarı Mustafa Zəkəriyyə oğlu Quliyev qurultaydakı məruzəsində Sovet respublikasında təhsil müəssisələrinin və tələbələrin sayının artdığını qeyd edib.
Belə ki, 1923-cü ildə Azərbaycanda 65 min şagirdin təhsil aldığı 925 birinci səviyyəli məktəb var idisə, qurultayın keçirildiyi vaxt 95 min şagirdin olduğu 1114 məktəb olub. 1923-cü ildə 4000 şagirdin təhsil aldığı 26 ikinci səviyyəli məktəb var idisə, qurultay zamanı 6500 şagirdin təhsil aldığı 42 məktəb olub.
Ali təhsil müəssisələrində 1923-cü ildə 3200 tələbə var idisə, qurultay vaxtı pedaqoji məktəblərdə bir il əvvəl 1000-ə yaxın, 2000-ə yaxın, fəhlə fakültələrində də 1000-ə yaxın, 1800-dən çox insan təhsil alırdı.
Həmin vaxt rayonlarda məktəb yaşlı uşaqların cəmi 35 faizi məktəbə gedib. Eyni zamanda, türk uşaqlarının məktəb təhsilinə olan həvəsi güclənir: müharibədən əvvəlki dövrdə məktəblərdə 14 min nəfər oxuyurdusa, qurultay zamanı 59 min nəfər təhsil alıb. Həmin il yerli icraiyyə komitələrinin və Xalq Maarif Komissarlığının vəsaiti hesabına 200 məktəb binası tikiləcəyi hədəflənib, təəssüf ki, türkdilli müəllim çatışmazlığı hiss olunub.
Həmin vaxt Azərbaycanda 18 000-dən çox şagirdin təhsil aldığı 761 savadlılıq mərkəzi fəaliyyət göstərib.