Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 11:02:00
Tibb Universitetində vergi yoxlaması başladı
 
Vergilər Nazirliyi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yoxlamalara başlayıb.
 
AzEdu.az "Report”a istinadən xəbər verir ki, yoxlamalar noyabrın 1-dən həyata keçirilir və noyabrın 17-nə qədər davam edəcəyi bildirilir.
 
Nazirlik klinikanın vergidən yayınması ilə bağlı məlumat əldə edib. Hazırda bura müayinəyə gələnlər başqa xəstəxanalara yönəldilir.