Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-31 09:34:00
UNEC-in araşdırması Macarıstanın nüfuzlu jurnalında dərc olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə İşləri Mərkəzinin baş mütəxəssisi Nuriyyə Qarayevanın universitetdə tətbiq edilən “Bir pəncərə” sistemi barədə empirik araşdırması Macarıstanın nüfuzlu Dunaujvarus Universitetinin “Dunakavics” jurnalında dərc olunub.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.

 

Nuriyyə Qarayeva nəzəri-empirik cəhətdən tədqiq etdiyi “Ali təhsildə “Bir pəncərə” xidmətinin rolu və konseptual əsası: UNEC nümunəsi” adlı elmi məqaləsində bu sistemi dinamik göstəricilər əsasında təhlil edib.

 

Tələbə məmnunluğunu təmin etmək məqsədilə 2019-cu ildən UNEC-də “Bir pəncərə” sistemi fəaliyyətə başlayıb. Tələbələr şəxsi kabinetlərindən bu sistemə müraciət edərək, tələb olunan istənilən təhsil sənədini ən qısa müddətdə əldə edə bilirlər. Sistemə həftənin 7 günü istənilən vaxt müraciət etmək mümkündür. Hazırlanmış sənəd QR kodla təsdiq olunur və PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir. Arayışlar tələbələrin istəyindən asılı olaraq, Azərbaycan dili ilə yanaşı, ingilis dilində də verilir.