_600.jpg)
Hər il bir çox valideyn ali məktəblərə sənəd verən övladının qəbul imtahanlarında aşağı bal toplamasına üzülür. Lakin aşağı bal toplayan abituriyentlərin heç də hamısı qəbul prosesindən kənarda qalmır. Belə ki, seçim zamanı ali məktəblərdəki 150 ballıq ixtisaslar çətinliklə üzləşən həmin abituriyentlərin köməyinə çatır.
AzEdu.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov qruplar üzrə 150 ballıq ixtisasların siyahısını tərtib edib.
Bu il də buraxılış və blok imtahanlarından ümumi balı 150 və daha artıq olanlar (buraxılış imtahanında bal məhdudiyyəti olmasa da, blok imtahanında 100 baldan aşağı, 50 baldan yuxarı nəticə göstərənlər, fənlər üzrə bal məhdudiyyəti yoxdur) aşağıdakı ixtisasların müsabiqəsində iştirak edə biləcəklər:
I ixtisas qrupu üzrə:
Meliorasiya mühəndisliyi;
Texnologiya müəllimliyi;
Ekologiya mühəndisliyi;
Aqronomluq;
Balıqçılıq;
Meşəçilik;
Şərabçılıq;
Torpaqşünaslıq və aqrokimya;
Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
Zoomühəndislik.
II ixtisas qrupu üzrə:
Marketinq;
Biznesin idarə edilməsi;
Turizm bələdçiliyi;
Turizm işinin təşkili.
III ixtisas qrupu üzrə:
Muzey, arxiv işi və abidələrin qorunması;
Sosial iş;
Regionşünaslıq (regionlar üzrə);
IV ixtisas qrupu üzrə:
Ekologiya;
Bağçılıq və tərəvəzçilik;
Baytarlıq təbabəti;
Bitki mühafizəsi;
Su bioehtiyatları və akvakultura.