Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-03 10:40:00
19 yaşlı gənc bıçaqlanıb 

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

 

AzEdu.az xəbər verir ki, Poylu kəndində 2005-ci il təvəllüdlü H.Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb.

 

Yaralı Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun "Report"un Qərb bürosuna verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü A. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.